
UEFA Toralın qolunu fərqləndirdi
UEFA Avropa Liqasının 2024/2025 mövsümündə vurulan ən yaxşı 10 qolu açıqlayıb.
Sportlife.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Toral Bayramovun Avropa Liqasının əsas mərhələsinin IV turunda Norveçin "Budyo Qlimt"ə 2:1 hesabı ilə qalib gəldikləri oyunda vurduğu qol da yer alıb. Həmin qol ümumi sıralamada 7-ci yeri tutub.
"Qalatasaray"ın futbolçusu Yunus Akgünün eyni turda İngiltərə “Tottenhem”i ilə qarşılaşmada (3:2) vurduğu qol isə turnirin ən yaxşısı adına layiq görülüb.