Qvardiola 2 əfsanəni seçdi

  • Bu gün, 16:07

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola idman tarixinin ən nüfuzlu simaları haqqında fikirlərini bölüşüb.

Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis basketbolçu Maykl Cordan və qolfçu Tayqer Vudsu fərqləndirib:

"Mən deyərdim ki, Maykl Cordan və Tayqer Vuds – bütün dünyada idmanı dəyişdirən iki simvoldur. Cordan basketbolu yeni səviyyəyə qaldırdı, Vuds isə qolfda inqilab etdi".

Cordan altıqat NBA çempionu, ikiqat Olimpiya çempionu və dünyanın ən məşhur idmançılarından biridir. Çoxları onu bütün zamanların ən böyük basketbolçusu hesab edir.

Vuds isə "Meycor" turnirlərinin 15 qat qalibi, qolf üzrə rekordçu və idman tarixində ən çox mükafat alan oyunçulardan biridir.


Paylaş: