
Osimhenlə danışıqlar başladı
"Qalatasaray"da icarə əsasında çıxış edən "Napoli"nin hücumçusu Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, nigeriyalı futbolçu "Əl-Hilal"la danışıqlara başlayıb. Hazırda tərəflərin mümkün transferi müzakirə etdiyi iddia olunur.
"Qalatasaray" Osimheni 2024-cü ilin sentyabrında icarəyə götürüb.