Baş məşqçi ilə yeni müqavilə

  • Dünən, 17:59

"Atletik" baş məşqçisi Ernesto Valverde ilə müqaviləni bir illik uzadıb.

Sportlife.az xəbər verir ki, 61 yaşlı mütəxəssisin Bilbao klubu ilə yeni müqaviləsi 2026-cı il iyunun 30-na kimi nəzərdə tutulub.

Bununla da Valverde 10-cu ilini "Atletik"in baş məşqçisi kimi keçirəcək. O, daha əvvəl 2003-2005 və 2013-2017-ci illərdə komandaya rəhbərlik edib. Son olaraq, 2022-ci ildə kluba qayıdıb.

Bu mövsüm "Atletik" La Liqanın ilk "4-lüy"ündə yer alıb və Çempionlar Liqasına vəsiqəni təmin edib.


Paylaş: