
"Milan"da yeni müqavilə
"Latsio"nun keçmiş idman direktoru İqli Tare Milana köçür.
Sportlife.az xəbər verir ki, funksioner "Milan"la 3 illik müqavilə imzalayıb.
İtaliya təmsilçisi gələn həftənin əvvəlində təyinatı elan edəcək.
Albaniya millisinin sabiq üzvünə növbəti mövsüm üçün yeni məşqçi tapmaq və komandanın bəzi əsas oyunçuları, o cümlədən Mayk Menyan və Teo Ernandes ilə gələcəklərini müzakirə etmək tapşırılacaq. Tare həmçinin yarımmüdafiəçi Ticani Reyndersin mümkün transferi ilə bağlı "Mançester Siti" ilə danışıqlarda iştirak edəcək.