“İmişli”dən gözlənilməz addım

  • 12 Avqust 2025, 14:10

“İmişli” futbol komandası Avropa Klublar Assosiasiyasının (ECA) rəsmi üzvü olub.

Sportlife.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bu addımın komanda üçün yalnız yeni mərhələ deyil, həm də beynəlxalq səviyyədə böyük məsuliyyət olduğu bildirilib.

Qeyd edək ki, ECA 2008-ci ildə yaradılıb və UEFA-da peşəkar futbol klublarının maraqlarını təmsil edən təşkilatdır.


Paylaş: