ÇL: "Qarabağ" pley-offun qapısını araladı

  • Dünən, 23:59

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Şimali Makedoniyada "Şkendiya"ya qalib gəlib.

Sportlife.az xəbər verir ki, "Todor Proeski” stadionunda keçirilən matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 18-ci dəqiqədə Toral Bayramov vurub. O, Leandro Andradeya qarşı kobudluğa görə təyin olunan penaltini qola çevirib.

Qeyd edək ki, tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq. İki görüşün nəticəsinə əsasən qələbə qazanan kollektiv pley-off mərhələsində“Ludoqorets” (Bolqarıstan) - “Ferensvaroş” cütünün qalibi ilə üz-üzə gələcək.


Paylaş: