
Asensio İngiltərəyə qayıdır
"Aston Villa" PSJ-nin yarımmüdafiəçisi Marko Asensionu yenidən heyətinə qatmaq istəyir.
Sportlife.az xəbər verir ki, hələlik futbolçunun transferi ilə bağlı klublar arasında razılıq yoxdur.
Eyni zamanda ingilislərin digər alternativləri də nəzərdən keçirmək istədiyi bildirilir.
Asensio ötən mövsümün ikinci yarısında “Aston Villa”da icarə əsasında çıxış edib və 21 matçda 8 qol vurub.