
“Neftçi”dən Portuqaliya klubuna
Bu yay “Neftçi”dən ayrılan Rafael Quzzonun yeni klubu müəyyənləşib.
Sportlife.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.
Quzzo “Maritimu” ilə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu II Liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Quzzo 2024/2025 mövsümündə “Neftçi”nin formasını geyinib. Bu ilin iyun ayında “Neftçi” Quzzo ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.