"Turan Tovuz"la oyun gərgin olacaq"

  • Dünən, 16:34

"Turan Tovuz"la oyun gərgin olacaq".

Sportlife.az xəbər verir ki, bunu "İmişli"nin futbolçusu Ronaldo klubun mətbuat xidmətinə açıqlamasın deyib.

O, komandasına inandığını söyləyib: "Amma yaxşı çıxış etmək və müsbət nəticə qazanmaq üçün hər gün məşq edirik. Komandama inanıram. Ümid edirəm ki, çempionata yaxşı start vermək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Misli Premyer Liqasında mövsümə avqustun 15-də start veriləcək. "İmişli" - "Turan Tovuz" oyunu avqustun 16-da, saat 17:00-da başlayacaq.


Paylaş: