"Bavariya"nın 2-ci təklifi də rədd edildi

  • Dünən, 16:04

"Bavariya" hücumçu Nika Voltemadenin transferi üçün "Ştutqart"a yeni təklif göndərib.

Sportlife.az xəbər verir ki, 60 milyonluq yeni təklifdə bonuslar və oyunçunun gələcək potensial satışından "Ştutqart" üçün faiz nəzərdə tutulub.

İddiaya görə, "Ştutqart" bunu da rədd edib. Klub "Bavariya"dan 75 milyon avro istəyir.

Futbolçunun özü isə Münhen təmsilçisi ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.


Paylaş: