"Karvan-Yevlax"dan ardıcıl 2-ci qələbə

  • Bu gün, 17:27

Azərbaycan Premyer Liqasının XXVIII turunda “Karvan-Yevlax” və “Şamaxı” komandaları üz-üzə gəlib.

Sportlife.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Baş hakim Emin Əliyevin idarə etdiyi görüşdə yeganə qolu 39-cu dəqiqədə Coy-Slayd Mikels vurub.

Ardıcıl 2-ci qələbəsini qazanan və xallarını 14-ə çatdıran Yevlax təmsilçisi turnir cədvəlinin sonuncu - 12-ci pilləsində qərarlaşıb, “şirlər” isə 32 xalla 8-ci sırada yer alıb.

Qeyd edək ki, günün növbəti matçında “Qarabağ” “Sabah”ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 19:30-da start götürəcək.


Paylaş: