"Neftçi" yeni futbolçu ilə anlaşdı

  • Dünən, 17:53

"Neftçi" klubu daha bir futbolçunun transferini yekunlaşdırıb.

Sportlife.az xəbər verir ki, "ağ-qaralar" "Monpelye"də çıxış edən Falaye Sakonun keçidini həll edib.

30 yaşlı sağ cinah müdafiəçisi klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub. Mali millisinin üzvünün sabah Bakıya gələcəyi gözlənilir. O, Bakı təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Falaye Sako 2023-cü ildən "Monpelye"nin formasını geyinib. Komanda ötən mövsüm Liqa 1-də 16 xalla sonuncu olub və aşağı liqaya düşüb.


Paylaş: