
La Liqanı Fransa çempionatına dəyişdi
"Lill" "Betis"in müdafiəçisi Romen Perronu heyətinə qatıb.
Sportlife.az xəbər verir ki, fransalı futbolçu ilə rəsmi müqavilə imzalanıb.
Bu keçid Liqa 1 təmsilçisinə 3,5 milyon avroya başa gəlib.
Perro ötən mövsüm 41 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.