"Sabah" 1 dəqiqə dözə bilmədi

  • Bu gün, 00:06

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə "Levski" (Bolqarıstan) ilə qarşılaşan "Sabah" məğlub olub.

Sportlife.az xəbər verir ki, Georgi Asparuxov adına stadionda keçirilən oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu matçın əsas vaxtına əlavə edilmiş sonuncu - 8-ci dəqiqədə Borislav Rupanov vurub.

Qeyd edək ki, cavab görüşü avqustun 15-də Bakıda keçiriləcək. Bu cütün qalibi pley-off mərhələsində "AZ Alkmaar", Niderland) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə qarşılaşacaq.


Paylaş: