
"Barselona"da qalmaqal
"Barselona" qapıçısı Mark-Andre ter Ştegeni kapitanlıqdan məhrum edib.
Sportlife.az xəbər verir ki, bu addım almaniyalı qolkiper barəsində başlanmış intizam icraatından sonra atılıb.
Məsələ həllini tapanadək kapitanlıq sarğısı ondan alınıb.
Bu müddət ərzində həmin vəzifələni hazırkı vitse-kapitan Ronald Arauxo yerinə yetirəcək.
Qeyd edək ki, ter-Ştegen belindən əməliyyat olunub və La Liqa komissiyası üçün tibbi rəy imzalamaqdan imtina edib.