Yeni transferə Droqbanın nömrəsi verildi

  • Bu gün, 11:54

"Çelsi"nin Dortmund "Borussiya"sından transfer etdiyi yeni cinah oyunçusu Ceymi Gittensin hansı nömrə altında çıxış edəcəyi məlum olub.

Sportlife.az xəbər verir ki, 20 yaşlı futbolçu daha əvvəl Didye Droqba və Dennis Uayz kimi əfsanələrin, eləcə də Oskar, Pedro, Alexandro Pato, Xuan Kuadrado, Timo Verner və Joau Feliksin geyindiyi 11 nömrəni daşıyacaq. 

Bu yay "Arsenal"a keçən Noni Madueke də bu nömrə altında çıxış edib.

Ötən mövsüm Gittens "Borussiya"nın heyətində 49 matçda 12 qol vurub və 5 məhsuldar ötürmə edib.


Paylaş: