Premyer Liqada sonuncu tur başlayır

  • Bu gün, 10:49

Azərbaycan Premyer Liqasında sonuncu - XXXVI tura bu gün start veriləcək.

Sportlife.az xəbər verir ki, günün yeganə oyununda "Səbail" "Sumqayıt"ı qəbul edəcək.

Qarşılaşma “ASCO Arena”da, saat 19:30-da start götürəcək.

22 xalla sonuncu - 10-cu pillədə qərarlaşan Bakı klubunun I Liqaya düşəcəyi dəqiqləşib. "Gənclik şəhəri" təmsilçisi 30 xalla 9-cudur.

Azərbaycan Premyer Liqası

XXXVI tur

23 may

19:30. “Səbail” – “Sumqayıt”

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Sevda Nuriyeva, Elvin Bayramov.

VAR: İnqilab Məmmədov.

AVAR: Namiq Hüseynov.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

“ASCO Arena”

Qeyd edək ki, tura mayın 25-də yekun vurulacaq.


Paylaş: