
Avrokubok təmsilçimizdə yeni müqavilə
Yeni mövsümdə Azərbaycanı FIBA Avropa Kubokunda təmsil edəcək “Abşeron Lions” basketbolçusu Ceylen Şounun müqavilə müddətini uzadıb.
Sportlife.az xəbər verir ki, ABŞ-li hücumçu ilə 1 illik sözləşmə imzalanıb.
Ölkəsində Klayton Universitetinin məzunu olan Şou “Abşeron Lions”a qoşulmazdan öncə Avstriyada "Rayffayzen Qraz" klubunun şərəfini qoruyub.