Azərbaycanlı hakim Avropa çempionatında

  • 13 Avqust 2025, 15:54

Bu gün Gürcüstanda basketbol üzrə 16 yaşadək oğlanlar arasında Avropa çempionatının A divizionunda 1/4 final mərhələsi start götürəcək.

Sportlife.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim Ələkbər Həsənovun yarışın önəmli oyunlarından birini idarə edəcək.

O, Sloveniya – Latviya matçında baş hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyun bu gün Bakı vaxtı ilə saat 18:30-da baş tutacaq.


Paylaş: