
De Blekere "Fənərbağça"nın oyununda
AFFA Hakimlər Komitəsinin sədri Frank de Blekere UEFA-dan təyinat alıb.
Sportlife.az xəbər verir ki, belçikalı komitə sədri Çempionar Liqasının pley-off mərhələsində Türkiyənin "Fənərbağça" və Belçikanın "Benfika" komandaları arasında keçiriləcək ilk oyunun hakim-inspektoru olacaq.
Qeyd edək ki, avqustun 20-də İstanbulda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.