"Qarabağ"ın pley-off oyunlarının vaxtı bilindi

  • 13 Avqust 2025, 10:15

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki oyunlarının başlama saatı bəlli olub.

Sportlife.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionunun avqustun 19-da səfərdə Macarıstan təmsilçisi "Ferentsvaroş"a qarşı keçirəcəyi ilk matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma isə saat 20:45-də başlayacaq.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya", "Ferentsvaroş" isə Bolqarıstanın "Ludoqorets" kollektivini mübarizədən kənarlaşdırıb.


Paylaş: