
Alonso "Real"la müqavilə imzalayır
"Real"ın Xabi Alonsonu baş məşqçi kimi təqdim edəcəyi tarix bəlli olub.
Sportlife.az xəbər verir ki, təqdimat mayın 26-da reallaşacaq.
İspaniyalı mütəxəssis təqdimat mərasimində 3 illik müqaviləyə imza atacaq.
Qeyd edək ki, Alonso 2022-ci ilin oktyabrndan "Bayer"ə rəhbərlik edirdi.