Çeferindən Ronalduya yüksək qiymət

  • Dünən, 15:56

UEFA prezidenti Aleksander Çeferin bəyan edib ki, portuqaliyalı hücumçu Kriştianu Ronaldu bütün zamanların ən yaxşı üç futbolçusu sırasındadır.

Sportlife.az xəbər verir ki, funksioner bu barədə deyib:

"Ronaldu inanılmazdır. Onun bütün karyera nailiyyətlərini sadalamaq 2 saatdan çox vaxt aparar. Şübhəsiz ki, bütün zamanların ən yaxşı oyunçularından biridir, mütləq ilk "üçlük"dədir".

Ronaldu 5 dəfə "Qızıl top"un qalibi (tarixdə ikinci ən çox) və 946 qolla peşəkar futbolda bütün zamanların ən yaxşı bombardiridir.


Paylaş: