
Maquayr yeni müqaviləyə ümid edir
Harri Maquayr ilin sonuna qədər "Mançester Yunayted"lə yeni müqavilə imzalamağa ümid edir.
Sportlife.az xəbər verir ki, 32 yaşlı mərkəz müdafiəçisi cari müqaviləsinin son mövsümündədir.
Klubun direktoru Mett Harqrivs futbolçunun nümayəndələri ilə ilkin görüşlər keçirib.
Qeyd edək ki, yanvarda Maquayrın müqaviləsinin bir illik uzadılması baş məşqçi Ruben Amorimin xahişi ilə aktivləşdirilib.