
Millimizdən qolsuz heç-heçə
Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama oyununa çıxıb.
Sportlife.az xəbər verir ki, U-19 Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Daşkənd şəhərinin Dustlik viləyətinin eyniadlı stadionunda keçirilən görüş 0:0 hesablı heç-heçə yekunlaşıb.