
Rişarlisona MLS-dən maraq var
MLS klubu "Orlando Siti" Rişarlisona ciddi maraq göstərir.
Sportlife.az xəbər verir ki, klub bu yay hücumçunun transferini tamamlamağı planlaşdırır.
İnsayder Fabritsio Romanonun sözlərinə görə, braziliyalı oyunçuya iddialı layihə təqdim olunub və Londonda onun nümayəndələri ilə görüş keçiriləcək.
Rişarlison bu mövsüm Premyer Liqada 7 matçda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.