
"Vinisius özünü uşaq kimi aparır"
İspaniya millisi və "Fənərbağça"nın sabiq futbolçusu Daniel Qiiza "Real"ın futbolçusu Vinisius Juniorun davranışını sərt şəkildə tənqid edib.
Sportlife.az xəbər verir ki, təcrübəli forvard braziliyalı oyunçunun özünü uşaq kimi apardığını bildirib:
"Hörmətli olmaq üçün başqalarına hörmət etmək lazımdır. O, özünü uşaq kimi aparır. Bütün günü, bütün matç boyu ağlayır. Bu, futboldur, toqquşmalar olur".