
"Monako"nun yeni baş məşqçisi bilindi
"Monako" baş məşqçisi Adi Hütteri istefaya göndərəcək.
Sportlife.az xəbər verir ki, artıq avstriyalı mütəxəssisi kimin əvəzləyəcəyi də məlumdur.
Bu, hazırda Belçika "Union"unu çalışdıran Sebastyen Pokonyolidir.
Xatırladaq ki, “Monako” 7 turdan sonra 13 xalla A Seriyasında 5-ci sırada qərarlaşıb. Komanda Çempionlar Liqasında ilk 2 oyununda 1 xal qazanıb və 30-cu yerdədir.