
Qapıçının səhvi ilə bağlı araşdırmalara başlandı
Liviya Futbol Federasiyası 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Kabo-Verde ilə oyunun nəticəsinə təsir edən qapıçı səhvindən sonra təcili araşdırmaya başlayıb.
Sportlife.az xəbər verir ki, qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatıb. Qapıçı Murat Əl Vuhişinin səhvi azarkeşləri və komanda rəhbərliyini şoka salıb.
“Əl Əhli Benqazi”də çıxış edən qolkiper 76-cı dəqiqədə kape-verdeli Sidney Kabralın zəif zərbəsini tuta bilməyib.
Səhv matçın gedişatını dəyişib.