Fabreqası həmyerlisini "Komo"a gətirir

  • Dünən, 15:34

"Komo" "Barselona"nın qapıçısı İnyaki Penyanı heyətinə qatmağı planlaşdırır.

Sportlife.az xəbər verir ki, komandanın baş məşqçisi Sesk Fabreqas da qapıçının transferinə razılıq verib. 26 yaşlı ispaniyalının özü də italyanlara qoşulmağa hazırdır.

Ötən mövsüm Penya 23 matçda 25 qol buraxıb, 7 oyunda qapısını toxunulmaz saxlayıb. Onun "Barselona" ilə müqaviləsi gələn ilin yayına qədərdir.


Paylaş: