"Araz-Naxçıvan" Konfrans Liqasında, "Zirə"dən heç-heçə

  • Bu gün, 18:57

Azərbaycan Premyer Liqasında XXXV tura start verilib.

Sportlife.az xəbər verir ki, ilk oyun günündə 3 matç baş tutub.

"Turan Tovuz" səfərdə "Sumqayıt"ı məğlub edib - 1:0. Qonaqların heyətində Emmanuel Hakman 30-cu dəqiqədə fərqlənib. Xallarının sayını 52-yə çatdıran Tovuz klubu dördüncü sıradakı mövqeyini möhkəmləndirib. "Gənclik şəhəri" təmsilçisi 30 xalla doqquzuncu pillədə qalıb.

"Zirə" "Sabah"la heç-heçə edib - 1:1. "Qartallar"ın heyətində Giorgi Papunaşvili 26-cı dəqiqədə adını tabloya yazdırıb. Pavol Safranko 67-ci dəqiqədə tarazlığı bərpa edib.

İkinci yerdəki "Zirə"nin 71, beşinci sıradakı "Sabah"ın 45 xalı var.

"Araz-Naxçıvan" isə səfərdə "Şamaxı"ya qalib gəlib - 1:0. Qonaqlardan Felipe Santos 44-cü dəqiqədə rəqibi məyus edib. Xallarının sayını 58-ə çatdıran Naxçıvan təmsilçisi üçüncü pillədə qərarlaşıb və çempionatın bürünc mükafatçısı olub. Komanda ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək. "Şamaxı" 36 xalla 7-ci sırada qalıb.

Qeyd edək ki, XXXV tura mayın 18-də yekun vurulacaq.


Paylaş: