
Kaka Braziliya millisində?
Braziliya millisinin yeni baş məşqçisi Karlo Ançelotti bir neçə ulduza məşqçilər korpusuna qoşulmağı təklif edib.
Sportlife.az xəbər verir ki, bunlardan biri də italiyalı mütəxəssisin rəhbərliyi altında 2007-ci ildə "Milan"la “Qızıl top”u qazanan Kakadır.
Ançelotti artıq bu məsələ ilə bağlı veteran hücumçu ilə əlaqə saxlayıb. Lakin ulduz futbolçunun son cavabı məlum deyil.
Qeyd edək ki, Kaka Ançelottinin yığmaya təyinatını sosial şəbəkə hesabında dəstəkləyib.