Ronaldu sabiq klubuna qayıdır

  • Bu gün, 11:33

"Əl-Nassr"ın hücumçusu Kriştianu Ronaldu "Sportinq"ə qayıtmağı düşünür.

Sportlife.az xəbər verir ki, 40 yaşlı forvard yetirməsi olduğu komandada Viktor Dyökereşi əvəz edə bilər. Ronaldu maaşının azaldılmasına da razıdır.

Bu mövsüm Ronaldu bütün turnirlərdə 39 oyuna çıxıb, 33 qol vurub və 4 məhsuldar ötürmə edib.

O, 1997-2003-cü illərdə "Sportinq"də çıxış edib.


Paylaş: