"Bravo uşaqlar, bravo komanda!"

  • Bu gün, 11:06

"Mövsüm boyunca komanda olaraq bu an üçün çox çalışdıq. Allaha sonsuz şükürlər olsun ki, məqsədimizə çatdıq, titulumuzu qoruya bildik və Albaniyanın ən güclü komandası olduğumuzu bir daha göstərdik".

Sportlife.az xəbər verir ki, bunu "Eqnatiya"nın heyətində Albaniya çempionu olan Azərbaycan yığmasının futbolçusu Zamiq Əliyev deyib.

Müdafiəçi sosial şəbəkə hesabında paylaşım edərək əldə olunan qələbə münasibətilə təəssüratlarını bölüşüb: "Bütün azarkeşlərimizə, komandaya, məşqçilər korpusuna, klub rəhbərliyinə və klubda çalışan hər kəsə təşəkkür edirəm. Bravo uşaqlar, bravo komanda! Və sonda, mənə inanan və hər zaman dəstək olan ailəmə dərin təşəkkürümü bildirirəm. Legioner həyatı yaşadığım ilk mövsümümü 2 kubokla (3 də ola bilərdi — kubokun finalında uduzmağımız çox pis idi), çempionluq və Superkubokla başa vurmaq mənim üçün çox gözəl bir hiss idi. Azərbaycan bayrağını başqa bir ölkədə dalğalandırmaq mənə möhtəşəm duyğular yaşatdı. Və təbii ki, bu yerdə olmağımda əsas pay sahibi sənsən. Heç kim mənə inanmayanda, sən mənə inanıb ölkə xaricinə çıxmağıma kömək etdin. Sən olmasaydın, bunların heç biri baş verməzdi. İnşallah, birlikdə daha böyük uğurlar qazanarıq!"

Qeyd edək ki, mövsümün əvvəlində "Eqnatiya"ya qoşulan Zamiq Albaniyada ikinci titulunu qazanıb. Onun komandası ölkə kubokunun finalında penalti seriyasında uduzub.


Paylaş: