
"Mançester Yunayted"də 4 ayrılıq
"Mançester Yunayted" bu yay 4 futbolçu ilə vidalaşacaq.
Sportlife.az xəbər verir ki, Andre Onana, Kazemiro, Lyuk Şou və Rasmus Höylundla yollar ayrılacaq.
Komandanın baş məşqçisi Ruben Amorim artıq həmin oyunçuların xidmətində maraqlı deyil.
Qeyd edək ki, "Mançester Yunayted" mövsümü titulsuz başa vurub.