Yamalla uzunmüddətli müqavilə

  • Bu gün, 12:33

Lamin Yamal "Barselona"da uzun illər çıxış edəcək.

Sportlife.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi ilə 5 illik yeni müqavilə imzalanacaq.

Rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir. Vingerin maaşı ilkin olaraq illik 9 milyon avro olacaq. 

Bu mövsüm Yamal bütün turnirlərdə 54 oyun keçirib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.


Paylaş: