Yapon futbolçu klubunu dəyişdi

  • Dünən, 14:10

"Ayntraxt"ı yarımmüdafiəçi Ritsu Doanı transfer edib.

Sportlife.az xəbər verir ki, 27 yaşlı yaponiyalı oyunçunun yaxın günlərdə yeni klubu ilə müqavilə imzalayacağı gözlənilir.

Doan ötən mövsüm "Frayburq"da 36 matçda 10 qol vurub və 9 məhsuldar ötürmə edib. 

 Qeyd edək ki, futbolçunun transfer dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.


Paylaş: