DÇ: Millimizin 2-ci sınağı

  • Bu gün, 11:51

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsində bu gün II tura start veriləcək.

Sportlife.az xəbər verir ki, Milli Gimnastika Arenasında daha 8 qarşılaşma keçiriləcək.

A qrupunda yer alan Azərbaycan millisi Sloveniya ilə qarşılaşacaq. Görüş saat 20:45-də başlayacaq.

Qeyd edək ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda ilk turda Bəhreynlə 1:1 hesablı heç-heçə edib.


Paylaş: