Millimiz Belçika ilə eyni qrupda

  • 11 Avqust 2025, 17:32

Azərbaycanın çimərlik futbolu millisinin Avropa Superfinalının B divizionundakı rəqibləri və yer aldığı qrup müəyyənləşib.

Sportlife.az xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunda Litva və Belçika yığmaları ilə mübarizə aparacaq.

B qrupunda isə Qazaxıstan, Rumıniya və Malta milliləri yer alıb. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar. Finala çıxan komandalar isə A divizionunda iştirak hüququ əldə edəcəklər.

Qeyd edək ki, Avropa Superfinalı sentyabrın 7-14-ü aralığında İtaliyada keçiriləcək.


Paylaş: