
Ruslan Abışov məşqçilik kurslarında
AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun I mərhələsi başlayıb.
Sportlife.az xəbər verir ki, 4 gün davam edəcək məşğələlərə təlimatçılar Aslan Kərimov, Osman Rəhimov və Arif Əsədov rəhbərlik edirlər.
Kurslara zərbaycan futbolunun tanınmış simaları, karyeralarını bir müddət öncə başa vurmuş Ruslan Abışov, Vurğun Hüseynov və Vüqar Mustafayev kimi veteranlar da qatılıblar.
Qeyd edək ki, məşqçi kursunun II modulu 8-11 sentyabr tarixlərində baş tutacaq.