"Sabah"ın rəqibində yeni müqavilə

  • 12 Avqust 2025, 18:29

"Sabah"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində rəqibi olan Bolqarıstanın "Levski" klubu futbolçusu Stivn Stoyançovla peşəkar müqavilə imzalayıb.

Sportlife.az xəbər verir ki, 18 yaşlı oyunçunun sözləşməsinin müddəti 3 illikdir.

Qeyd edək ki, "Levski" "Sabah"la cavab oyununu avqustun 14-də Bakıda keçirəcək. Bolqarıstanda reallaşan ilk qarşılaşmada meydan sahibləri qələbə qazanıb - 1:0.


Paylaş: