Valdas Damrauskas: "Risk alacağıq"

  • 12 Avqust 2025, 17:56

"Levski" ilə cavab matçında istədiyimiz futbolçuları meydana buraxa biləcəyik".

Sportlife.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Levski” komandasına qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.

O, sabah qələbə qazanmağa çalışacaqlarını söyləyib: "İnanıram ki, seçdiyimiz oyun üslubu bizə qalibiyyət gətirəcək. Amma çətin olacaq. Rəqib asan qol buraxmır. Risk alacağıq. Hücum futbolu sərgiləmək və növbəti raunda yüksəlmək niyyətindəyik. Bizi ağır qarşılama gözləyir. Bolqarıstanda da bunu gördük. Sabah bizi heç-heçə qane etmir. Amma yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik"

Qeyd edək ki, avqustun 14-də keçiriləcək "Sabah" - "Levski" görüşü saat 20:00-da başlayacaq. Bolqarıstandakı ilk qarşılaşmada meydan sahibləri bir cavabsız qolla qalib gəlib.


Paylaş: