Son 2 mövsümün rekordu

  • 2 İyun 2025, 14:33

Azərbaycan Kubokunun “Qarabağ”la “Sabah” arasında final oyununu 7513 tamaşaçı izləyib.

Sportlife.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici turnirin son 2 mövsümü üçün yeni rekorddur. Kubokun 2023/24 və 2024/25 mövsümlərində bu qədər seyrçi qeydə alınmamışdı.

Daha çox tamaşaçının olduğu son matç 2022/23 mövsümünün finalı olub. “Neftçi” və “Qəbələ” arasında oyunu (0:1) 9000 tamaşaçı izləyib.

Qeyd edək ki, “Sabah” “Qarabağ”la matçda əlavə vaxtda 3:2 hesabı ilə qalib gəlib.


Paylaş: