Millimizin oyunundan sonra əlbəyaxa dava

  • Bu gün, 11:47

21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Monteneqro yığmalarının oyunundan sonra kütləvi dava baş verib.

Sportlife.az xəbər verir ki, hər şey final fitinin ardından qonaq komanda futbolçularının Rəşad Əhmədovun başçılıq etdiyi azərbaycanlı hakimlər briqadasına etirazlarından sonra başlayıb. Azərbaycanlı oyunçular hakimləri müdafiə etmək üçün araya giriblər.

Bu zaman rəqib komandanın kapitanı Viktor Cukanov millimizin futbolçusu Emin Rüstəmovun boğazından tutaraq itələyib.

İnsident tezliklə kütləvi davaya çevrilib. Tərəfləri sakitləşdirmək üçün polislərin müdaxiləsinə ehtiyac duyulub.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüş 0:0 hesablı heç-heçə ilə bitib.


Paylaş: