De Bruynenin maaşı bilindi

  • Bu gün, 14:14

İngiltərə təmsilçisi “Mançester Siti”nin futbolçusu Kevin De Bruynenin İtaliyanın “Napoli” klubu ilə müqaviləsinin detalları bəlli olub.

Sportlife.az xəbər verir ki, 33 yaşlı belçikalı yarımmüdafiəçi Neapol komandasına keçməyə razılıq verib və yeni kollektivə yaxın günlərdə qoşulacaq.

De Bruyne “Napoli” ilə 2 illik müqavilə imzalayıb, əlavə olaraq bir mövsüm uzadılma imkanı da var. Onun illik maaşı 5 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Kevin De Bruyne "şəhərlilər"ə 2015-ci ilin yayında “Volfsburq”dan transfer olunub. Bu müddət ərzində o, "Mançester Siti" ilə birlikdə 18 kubok qazanıb. Ötən mövsümd De Bruyne “Mançester Siti”nin heyətində 40 oyuna çıxaraq 6 qol vurub və 8 məhsuldar ötürmə edib.


Paylaş: