
Cüdoçularımız Avstriya toplanışını başa vurdu
Azərbaycanın böyük, gənc və yeniyetmə qadın cüdoçulardan ibarət yığmaları Avstriyanın Leybnits şəhərində beynəlxalq təlim-məşq toplanışını başa vurub.
Sportlife.az xəbər verir ki, qarşıdakı beynəlxalq turnirlərə hazırlıq məqsədilə baş tutan təlim düşərgəsində idmançılarımıza yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edib.
Cüdoçularımızın növbəti təlim-məşq toplanışı iyunun 10-15-də Xorvatiyanın Poreç şəhərində keçiriləcək.