Salah Anrini geridə qoydu

  • 26 Yanvar 2025, 16:07

“Liverpul”un hücumçusu Məhəmməd Salah bu mövsüm İngiltərə Premyer Liqasında 19-cu qolunu vurub.

Sportlife.az xəbər verir ki, misirli forvard İngiltərə çempionatının XXIII turunun “İpsviç”lə matçının (4:1) 35-ci dəqiqəsində fərqlənib. Ümumilikdə bu, Salahın Premyer Liqada 176-cı olub. O, bu göstərici ilə 175 qola imza atmış “Arsenal”ın keçmiş oyunçusunu Tyerri Anrini qabaqlayıb. 


Paylaş: