"Özümü hələ məşqçi hesab etmirəm"

  • Dünən, 20:30

Azərbaycan Premyer Liqasının XXXV turunun “Sumqayıt” – “Turan Tovuz” oyunundan (0:1) sonra meydan sahibi komandanın məşqçisi Vurğun Hüseynov jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

– Özümü hələ məşqçi hesab etmirəm. Çünki bunu desəm, illərdir məşqçilik edənlərə hörmətsizlik olar. Vüqar Mustafayev karyerasını bitirdi, onu təbrik edirəm. Ən yaxşılarını ona arzu edirəm. Futbolçular sağ olsun, çıxıb oynadılar. Demək olar, heç nə etməmişik. Azarkeşlərə yaxşı nəticə hədiyyə etmək istəyirdilər.

– Məşqçi olmaq istəyərsiniz?
– Bu, elə sahədir ki, tam fərqlidir. Çox çətindir. Futbol oynamağa nə var ki… Məşqçilikdə bütün kollektivə cavabdeh olmalısan. Buna böyük təcrübə lazımdır. Gecə-gündüz çalışmalısan. Gələcəkdə qismət olarsa, nə yaxşı. Olmazsa da, başqa sahəyə yönələcəyik.

– Vaqif Cavadovun gedişi komandaya necə təsir etdi?
– Vaqifə uğurlar arzu edirəm. Məşqçilik belədir. Bu gün varsan, sabah yox. Futbolçular peşəkardır. Onlar üzərlərinə düşəni etdilər, meydana çıxıb oynadılar.


Paylaş: