
"İmişli" Qubada yox, Şamaxıda oynayacaq
“İmişli” Azərbaycan Premyer Liqasının ilk 2 ev oyununu Şamaxıda keçirəcək.
Sportlife.az xəbər verir ki, buna komandanın Quba OİK stadionunda aparılmış təftişin nəticələri zamanı üzə çıxmış çatışmazlıqları vaxtında aradan qaldırmaması səbəb olub.
Nəticədə AFFA və PFL-in müdaxiləsindən sonra “İmişli” cari mövsümdə ilk iki ev oyununu Şamaxı şəhər stadionunda keçirəcək.
Qeyd edək ki, "İmişli" I turda "Turan Tovuz"u qəbul edəcək. Oyun avqustun 16-da olacaq.